Qrenlandiyalılar amerikalı olmaq istəmirlər
Qrenlandiyalılar Amerika vətəndaşı olmaq istəmirlər və öz gələcəklərini təyin etməlidirlər. Ada hökumətinin başçısı Mute Egede mətbuat konfransında bildirib ki, bu mövqe dəyişməz olaraq qalır.
Nazir: "Biz Qrenlandiyalıyıq, amerikalı olmaq istəmirik. Biz danimarkalı olmaq da istəmirik. Qrenlandiyanın gələcəyini Qrenlandiyanın özü müəyyən edəcək " - dedi.
Baş nazir bəyan edib ki, hazırda Danimarka daxilində geniş muxtariyyət hüququ olan bu ərazi “çətin vəziyyətdədir”.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Qrenlandiyanın saxlanmasının Danimarkaya həddən artıq baha başa gəldiyi fikrini bildirmişdi. O, adanı "gözəl yer" adlandırıb və bunun "beynəlxalq təhlükəsizlik üçün vacib olduğunu" deyib.
Əziz Mustafa, Oxuməni.az
Digər xəbərlər