ABŞ dövlət katibi gələn həftə Panamaya səfər edəcək

ABŞ dövlət katibi gələn həftə Panamaya səfər edəcək

15:24
Bəyəndim (1) Bəyənmədim (0)

ABŞ dövlət katibi Marko Rubio ABŞ lideri Donald Trampın Vaşinqtonun Panama kanalına nəzarəti ələ keçirməsi zərurəti ilə bağlı bəyanatlarından sonra Panamaya səfər etməyi planlaşdırır. Bu barədə mənbələrə istinadən Bloomberg məlumat yayıb.

Nəşrin məlumatına görə, Dövlət Departamentinin yeni rəhbərinin ilk xarici səfəri Trampın və onun administrasiyasının Panama kanalı ilə bağlı bəyanatlarının ciddiliyini göstərir.

Rubionun Latın Amerikası turuna Panama ilə yanaşı, Qvatemala, Kosta Rika və El Salvadora səfərləri də nəzərdə tutulub.

Oxuməni.az