Estoniya polisi Rusiya sərhədində dronların uçuşunu qadağan edib
Estoniya polisi Rusiya ilə sərhəd yaxınlığında pilotsuz təyyarələrin buraxılmasını qadağan edib. Bu barədə “Virumaa Teataja” qəzeti məlumat yayıb.
Şərq prefekturasının rəhbəri Erik Purgel: "Son bir il ərzində sərhəd bölgəsində GPS-in tıxanma halları daha çox olub ki, bu da sərhəd bölgəsində dronları idarə edən hər iki qurum və bütün həvəskar pilotlar üçün problemdir". deyə vurğulayıb.
Erik Purgelin sözlərinə görə, yerli dron operatorları əvvəllər mühüm məlumatlar əldə ediblər, lakin artan müdaxilə səbəbindən səlahiyyətlilər insanları və onların əmlakını qorumaq üçün dron uçuşlarına məhdudiyyət qoymaq qərarına gəliblər.
Yanvarın 4-də bölgənin qubernatoru Aleksandr Drozdenko səhər saatlarında Luqa körfəzi ərazisində üç pilotsuz təyyarənin vurulduğunu bildirib. Onların dağıntıları meşəyə düşüb. Hücum nəticəsində itkilər barədə məlumat verilmir.
Estoniya daha sonra hava hücumundan müdafiə qüvvələrinin "pilotsuz təyyarələri görmədiyini" söylədi.
Bundan əvvəl Sankt-Peterburqda ilin sonuna qədər dronlardan icazəsiz istifadə qadağan edilmişdi.
Əziz Mustafa, Oxuməni.az