Türkmənistanda qadınlara martın 8-dək 17 dollar maaş veriləcək

Türkmənistanda qadınlara martın 8-dək 17 dollar maaş veriləcək

25 Fevral 15:00
Bəyəndim (2) Bəyənmədim (0)

Türkmənistan prezidenti ölkədəki qadınlara Beynəlxalq Qadınlar Günü şərəfinə 60 manat (təxminən 17 dollar) verilməsi barədə sərəncam imzalayıb, Turkmenistan Today xəbər verir.

Ödənişləri mülkiyyət formasından asılı olmayaraq bütün təşkilatların qadın işçiləri, təqaüdçülər, tələbələr, məktəblilər, hətta bağça şagirdləri də alacaq. Pullar martın 1-dən martın 6-dək paylanacaq.

Dövlət başçısının sərəncamında qeyd olunur ki, bu cür hədiyyələr “qadınların xidmətlərinin qiymətləndirilməsi” və ana və bacıların ehtiram ənənəsinin davamıdır.

Analoji təcrübə bu ölkədə 2019-cu ildən tətbiq olunur.

Əziz Mustafa , Oxumənı.az