
Çin avtomobil və elektronika istehsalı üçün lazım olan ağır nadir torpaq metallarının ixracını məhdudlaşdırıb
Çin avtomobil və elektronika istehsalı üçün lazım olan ağır nadir torpaq metallarının ixracını məhdudlaşdırıb
Çinin Ticarət Nazirliyi aprelin 4-də bir neçə ağır nadir torpaq metallarının və nadir torpaq maqnitlərinin ixracına məhdudiyyətlər qoyub, “The New York Times” (NYT) yazır.
İndi ixracatçılardan bu metalların və maqnitlərin daşınması üçün xüsusi lisenziyalar tələb olunur. Eyni zamanda, NYT-nin qeyd etdiyi kimi, lisenziyaların verilməsi sistemi yenicə yaradılmağa başlayıb ki, bu da prosesi ləngitmək təhlükəsi yaradır.
NYT xəbər verir ki, hökumət yeni tənzimləmə sistemi hazırlayarkən bir çox Çin limanlarında maqnitlərin daşınması dayandırılıb.
“Holland & Knight” yazır ki, ixrac məhdudiyyətləri qlobal təchizat zəncirlərinə "həm dərhal, həm də strateji təsirlər göstərə bilər". Ağır nadir torpaq metalları avtomobil sənayesi üçün vacib olan maqnitlərdə, dronlarda, robotlarda, raketlərdə və kosmik gəmilərdə istifadə olunur. Metallar həmçinin reaktiv mühərriklərin, lazerlərin, avtomobil faralarının və bəzi alışdırma şamlarının hazırlanmasında istifadə olunan kimyəvi maddələrdə də olur.
“CRU” tədqiqat mərkəzinin məlumatına görə, Çin dünyada nadir torpaq maqnitlərinin təxminən 90%-ni təmin edir. Eyni zamanda, NYT-nin qeyd etdiyi kimi, nadir torpaq maqnitləri Çinin ABŞ-a ümumi ixracının son dərəcə kiçik bir hissəsini təşkil edir və Çində minimal iqtisadi itkilərə səbəb olacaq, digər ölkələr üçün potensial nəticələr isə əhəmiyyətli olacaq.
Almaz Həsənli