Hollandiya "Patriot" hava hücumundan müdafiə sistemlərinin üçdə ikisini Polşaya verəcək

Hollandiya "Patriot" hava hücumundan müdafiə sistemlərinin üçdə ikisini Polşaya verəcək

11:23
Bəyəndim (0) Bəyənmədim (0)

Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış bildirib ki, Hollandiya hakimiyyəti krallığın malik olduğu "Patriot" hava hücumundan müdafiə sistemlərinin (SAM) üçdə ikisini Polşaya verəcək. Bu barədə RİA Novosti məlumat yayıb.

“Vurğulamaq istərdim ki, hollandların cəmi üç “Patriot”u var və onlardan ikisini Polşaya verir”, - deyə nazir bildirib.

O, Varşavanın respublika üzərindəki hava məkanının qorunmasına köməklik göstərilməsi xahişinə belə reaksiyaya görə Amsterdama təşəkkür edib.

Avqustun 20-də Niderlandın müdafiə naziri vəzifəsini icra edən Ruben Brekelmans krallıq hökumətinin Polşaya əlavə olaraq iki "Patriot", NASAMS sistemləri, dron əleyhinə sistemlər və 300 hərbi qulluqçudan ibarət kontingent göndərmək niyyətində olduğunu açıqlayıb.

Bundan əvvəl məlum olmuşdu ki, Hollandiya Ukraynaya 500 milyon avro dəyərində Amerika silah sistemləri, o cümlədən "Patriot" hava hücumundan müdafiə sistemləri verəcək.

Bundan əvvəl Rusiya səfirliyi Hollandiyaya Kiyev üçün silah alınmasının nəticələri barədə xəbərdarlıq etmişdi.

Əziz Mustafa