Qırğızıstanda Azərbaycan dili tədris olunacaq: ölkəyə müəllimlər göndərilir

Qırğızıstanda Azərbaycan dili tədris olunacaq: ölkəyə müəllimlər göndərilir

11:46
Bəyəndim (2) Bəyənmədim (0)

Bişkekdə Azərbaycan dilini, ədəbiyyatını və mədəniyyətini öyrənmək imkanı əldə ediləcək. Azərbaycan Məktəbəqədər və Ümumi Təhsil Agentliyi Nizami Gəncəvi adına 103 nömrəli tam orta məktəbə vakant Azərbaycan dili müəllimi vəzifəsinə müsabiqə elan edib. Bu barədə “Minval.az” məlumat yayıb.

Bu təşəbbüsün məqsədi Azərbaycan dili, tarixi və milli dəyərləri haqqında bilikləri Qırğızıstanda yaymaq, eləcə də xaricdə azərbaycanlı kimliyini gücləndirməkdir.

Namizədlərin müvafiq profil üzrə ali pedaqoji təhsili, MİQ imtahanı verməli və ya azı üç il pedaqoji stajı olmalıdır. Agentlik qeyd edir ki, rus və ya qırğız dillərini bilmək, həmçinin multikultural mühitdə işləmək bacarığı xoşdur.

Qeyd edək ki, seçim üç mərhələdə aparılacaq: sənədlərin yoxlanılması, müsahibə (və ya açıq dərs) və seçim komissiyasının yekun qərarı. Daha sonra bir tədris ili müddətinə əmək müqaviləsi bağlanacaq. Müəllimin maaşını Qırğızıstan hökuməti, qalan xərcləri isə Azərbaycan ödəyəcək. Seçimdə iştirak etmək üçün sənədlər avqustun 28-i saat 21:00-dan gec olmayaraq təqdim edilməlidir.

Oxuməni.az