
ABŞ son 17 ildə ilk dəfə olaraq BMT Təhlükəsizlik Şurasında Gürcüstandakı münaqişəyə görə Rusiyanı qınamaqdan imtina edib
Birləşmiş Ştatlar BMT Təhlükəsizlik Şurasında 2008-ci ilin avqustunda etdiyi hərəkətlərə görə Rusiyanı qınamaqdan imtina edib.Bu barədə “Kommersant” nəşri yazıb və qeyd edib ki, 2008-ci ildən bəri ilk dəfədir ki, Birləşmiş Ştatlar BMT Təhlükəsizlik Şurasının bir neçə üzvünün Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyən birgə bəyanatına qoşulmaqdan imtina edir.
Bəyannaməni Avropa dövlətləri - Böyük Britaniya, Fransa, Sloveniya, Danimarka və Yunanıstanın daxil olduğu BMT Təhlükəsizlik Şurasının üzvləri imzalayıb. İmzalayan tərəflər Rusiya qoşunlarının Abxaziya və Cənubi Osetiyada olması ilə Ukraynada “Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünü” dəstəkləyən xüsusi hərbi əməliyyat arasında analogiya aparıblar.
Almaz Həsənli