Rusiya  4-cü Ordusunun komandanı, general-leytenant Nikolay Qostev çoxsaylı hərbi cinayətlərdə şübhəli bilinir

Rusiya 4-cü Ordusunun komandanı, general-leytenant Nikolay Qostev çoxsaylı hərbi cinayətlərdə şübhəli bilinir

15:08
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna Təhlükəsizlik Xidməti rusiyalı general Nikolay Qostevə qiyabi olaraq şübhə ilə bağlı bildiriş verib. O, 2022-ci ildə Mariupolun, o cümlədən doğum evinin və teatrın bombalanması əmrini verib.

Bu barədə RBC-Ukrayna SBU-nun mətbuat xidmətinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, Rusiya Federasiyası Cənub Hərbi Dairəsinin Hərbi Hava Qüvvələrinin 4-cü Ordusunun komandanı, general-leytenant Nikolay Qostev çoxsaylı hərbi cinayətlərdə şübhəli bilinir. Onların arasında 2022-ci ilin martında Mariupolun mərkəzinin bombalanması əmri də var.

"İstintaqın müəyyən etdiyi kimi, ruslar 3 saylı Şəhər Xəstəxanasının doğum şöbəsinin binasını, yaşayış binalarını və rayon dram teatrını hədəfə alıblar. Zərbələri həyata keçirmək üçün işğalçılar 10 döyüş təyyarəsindən: Su-30SM (M2) qırıcıları və Su-24M cəbhə bombardmançılarından istifadə ediblər", - məlumatda deyilir.

Sözügedən təyyarə FAB-500 yüksək partlayıcı hava bombaları ilə Mariupoldakı doğum şöbəsi və dram teatrını hədəfə alıb. Onlar şəhərin mərkəzindəki yaşayış binalarını da dağıdıblar.

Əziz Mustafa