İsrail ordusu 2025-ci ilin martından bəri 2100-dən çox HƏMAS yaraqlısının öldürüldüyünü bildirib

İsrail ordusu 2025-ci ilin martından bəri 2100-dən çox HƏMAS yaraqlısının öldürüldüyünü bildirib

07:40
Bəyəndim (0) Bəyənmədim (0)

İsrail hərbçilərinin Qəzza zolağında 2025-ci ilin martında hərbi əməliyyatları bərpa etməsindən bəri 2100-dən çox HƏMAS yaraqlısı öldürülüb, İsrail ordusunun bəyanatına istinadən The Times of Israel yazır.

İsrail Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinin qırıcıları, helikopterləri və pilotsuz təyyarələri düşmənin 10 mindən çox hədəfinə hücum edib. İDF anklav ərazisinin 75%-dən çoxu üzərində “əməliyyat nəzarəti” yaradıb.

HƏMAS-ın Qəzza zolağındakı lideri Məhəmməd Sinvar, Rəfah briqadasının komandiri Məhəmməd Şaban və Cənubi Xan Yunis batalyonunun komandiri Mehdi Quar mart ayından bəri öldürülüb. Həmçinin HƏMAS Daxili Təhlükəsizlik Qüvvələrinin zabitləri, onun bir sıra dəniz komandoları və 7 oktyabr 2023-cü ildə İsrailə hücumda iştirak edən onlarla döyüşçü həlak olub.

İDF qeyd edib ki, bu uğurlar HƏMAS-a təzyiqi artırmaq və İsrail ordusunun Qəzza zolağında növbəti hücum hərəkətləri üçün şərait yaradıb.

Əziz Mustafa