Estoniya Ukraynaya öz sülhməramlılarından bir rota göndərməyə hazırdır

Estoniya Ukraynaya öz sülhməramlılarından bir rota göndərməyə hazırdır

11:22
Bəyəndim (0) Bəyənmədim (0)

Estoniya “həlledici koalisiya”nın tərkibində bir rotadan ibarət hərbi sülhməramlı kontingenti Ukraynaya göndərməyə hazırdır. ERR xəbər verir ki, bunu Estoniyanın baş naziri Kristen Mixal bildirib.

Eyni zamanda, baş nazir mümkün missiyanın təfərrüatlarını müzakirə etməyin hələ tez olduğunu vurğulayıb.

"Hazırda biz Ukrayna və Rusiya prezidentləri arasında görüşə hazırlaşırıq. Əgər bu baş tutsa, nəzəri cəhətdən üçtərəfli görüş baş tuta bilər. Yalnız bundan sonra bu prosesə başlamaq olar", - o qeyd edib.

Onun sözlərinə görə, yalnız görüşdən sonra “təhlükəsizliyi necə təmin etmək, təminatların nədən ibarət olması, ABŞ və Avropanın hansı töhfələr verəcəyi” məsələlərini müzakirə etmək mümkün olacaq.

"Onda biz bu hərbi əməliyyatın necə olacağını, ona kimlərin nə töhfə verəcəyini və onun perspektivlərinin nə olduğunu anlayacağıq", - Mixal əlavə edib.

Qərb mediası yazıb ki, Rusiya diktatoru Vladimir Putin guya NATO-nun 5-ci maddəsinin məntiqinə uyğun olaraq tərəfdaşların Ukraynaya təhlükəsizlik zəmanəti verməsinə etiraz etmir, lakin belə təminatların formatı hələ müəyyən edilməyib.

Əziz Mustafa