
Kim Çen In KXDR zabitlərini Ukraynaya qarşı müharibədə iştirakına görə mükafatlandırıb
Avqustun 20-də Koreya Xalq Demokratik Respublikasının rəhbəri Kim Çen In Şimali Koreya ordusunun “xarici əməliyyat qoşunlarının aparıcı komandirlərini” qəbul edib. Həmin hərbçilər KXDR-in dövlət mükafatlarının təqdimetmə mərasimində iştirak etmək üçün vətənə qayıdıblar.
Bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.
Kim Çen In Şimali Koreya bölmələrinin “xaricdəki əməliyyat zonasında” hərbi fəaliyyətləri haqqında hesabatı dinləyib və onların səylərini yüksək qiymətləndirib. Qeyd edildiyi kimi, KXDR-dən olan hərbçilər Rusiya Federasiyasının Kursk vilayətində hərbi əməliyyatlarda iştirak ediblər.
KXDR rəhbəri “Kursk vilayətinin azad edilməsi əməliyyatında Vətənin etimadını ən sadiq əfsanəvi hərbi şücaətləri ilə doğrultmuş birləşmələrin bütün komandirlərinə və əsgərlərinə hərarətli döyüş salamlarını çatdırmağı xahiş edib”.
"Ordumuz qəhrəmandır. Çünki o, qəhrəman xalqın oğul və qızlarından ibarətdir. Ordumuz ehtiyatsız olaraq özünün fərqləndirici xüsusiyyətini göstərdi. Bu nəticə onun dünyanın ən güclü ordusu kimi adını və şöhrətini təmin etdi və hər kəsə aydın təsəvvür yaratdı. İndi ordumuz öz üzərinə düşən işi görür. Gələcəkdə də belə olacaq", - Kim Çen In belə deyib.
Ukraynaya qarşı döyüşən Şimali Koreya əsgərlərinə mükafatların təqdim edilməsi planlaşdırılır.
Oxuməni.az