Kolumbiyadakı aviabazaya hücum nəticəsində 5 nəfər ölüb

Kolumbiyadakı aviabazaya hücum nəticəsində 5 nəfər ölüb

11:02
Bəyəndim (2) Bəyənmədim (0)

Kolumbiyanın Kali şəhərində hərbi hava qüvvələri bazası yaxınlığında baş verən partlayış nəticəsində azı 5 nəfər ölüb, 36 nəfər yaralanıb. Bu barədə “TASS” məlumat yayıb.
Şəhərin meri Alexandro Eder sakinlərə müraciətində deyib: - Kali növbəti dəfə narkotik terrorçularının hücumunun qurbanı olub. Bir neçə dəqiqə əvvəl hərbi hava qüvvələri bazasının yaxınlığında yük maşını partlayıb.
Kali hökumətinin X sosial şəbəkəsindəki səhifəsində yaralılara kömək etmək üçün bütün şəhər xilasetmə xidmətlərinin cəlb edildiyi bildirilir: - Səlahiyyətlilər ilkin olaraq 5 ölü və 36 yaralı olduğunu bildirir.
Eder, hücuma görə məsuliyyət daşıyanları tapmağa kömək edəcək məlumat üçün mükafat elan edib. Səlahiyyətlilər yük maşınlarının hərəkətinə məhdudiyyətlər qoyub.


Almaz Həsənli