
Livan fələstinliləri tərksilah etməyə başlayıb
“Reuters” xəbər verir ki, Livan cümə axşamı bildirib ki, qaçqın düşərgələrində fələstinli qrupların planlaşdırılmış tərksilahına başlayır ki, bu da silahlar üzərində dövlət inhisarının yaradılması istiqamətində daha geniş səylərin bir hissəsidir.
Livandakı silahlı fələstinli qruplar silahlarını yerli qüvvələrə təhvil verməyə başlayıblar.Bu barədə “AFP” xəbər verir. Agentlik Livan-Fələstin Dialoq Komitəsinin rəhbəri Ramez Dimaşkiyə istinadən bildirib ki, tərksilah prosesi paytaxt Beyrutun cənubunda yerləşən Fələstinli qaçqınlar üçün Bürc əl-Bərəcnə düşərgəsində başlayıb.
Livanın Baş naziri Navaf Salam qrupların tərksilah edilməsinə başlanmasını alqışlayaraq, prosesin "yaxın həftələrdə" Bürc əl-Bərəcnə və digər düşərgələrdə qalan bütün silahların hərbçilərə təhvil verilməsi ilə tamamlanacağını bildirib.
ABŞ-ın Suriya üzrə xüsusi elçisi və Türkiyədəki səfir Tom Barak silah təhvilini “sülh və əməkdaşlığa həqiqi sadiqliyi nümayiş etdirən birlik və sabitliyə doğru tarixi addım” adlandırıb.
“AFP”-nin dəqiqləşdirdiyi kimi, Livandakı fələstinli qaçqınların tərksilah edilməsi barədə qərar Fələstin Milli Administrasiyasının (PNA) başçısı Mahmud Abbasın 2025-ci ilin mayında Beyruta səfəri zamanı qəbul edilib. Onun dövlət başçısı Cozef Aun ilə görüşündən sonra yerli media tərksilahın bir neçə mərhələsi barədə yazıb. Birincisi Beyrutdakı düşərgələrə, ikincisi ölkənin şimalına, üçüncüsü isə cənubuna təsir edəcək. Lakin Abbasın səfərindən sonra sonuncunun vaxtı müəyyənləşməyib.
Almaz Həsənli