
NASA alimi Günəş sistemində yerdənkənar həyatın əlamətlərini tapıb
NASA alimi Günəş sistemimizdə yerdən kənar həyatın ola biləcəyini bildirib. Onun sözlərinə görə, o, cırtdan planetdədir. Bu barədə “Mirror” yazır.
NASA-dan doktor Devid Qrinspun əmin edib ki, Günəş sistemindəki məlum cırtdan planetlərin ən kiçiyi olan Sereradə maye su və ola bilsin ki, həyat ola bilər.
Qrinspun jurnalistlərə deyib: "Biz bu yaxınlarda ora kosmik gəmi göndərdik və heyrətamiz şeylər tapdıq".
Alim Sererada duz yatağının olduğunu göstərən parlaq ağ parıltının müşahidə edildiyini paylaşıb. Onun sözlərinə görə, bu, orada vaxtilə suyun olduğunu göstərir.
"Ən maraqlısı krater idi və biz tapdıq ki, bu, duz yatağıdır, duz yatağı isə planetdə suyun olduğunu göstərir. Bu, onun bir vaxtlar su dünyası olduğunu və onun içərisində hələ də maye su ola biləcəyini deməyə əsas verir", - tədqiqatçı əlavə edib.
Qrinspun hesab edir ki, bu fakt astrobioloqlar üçün maraqlı ola bilər, çünki bu o deməkdir ki, Serera kimi cırtdan planetlərin keçmişdə yaşaması üçün şərait ola bilərdi. Onların hələ də mövcud ola biləcəyini istisna etmir.
"Kim bilir, bəlkə də bu planetlərin bəzilərində bu gün də yaşamaq üçün əlverişli okeanlar var", - alim qeyd edib.
Qrinspun xatırladıb ki, alimlər suyu həyat üçün zəruri şərt kimi müəyyən ediblər. O, Sererada hələ alimlər tərəfindən öyrənilməmiş müəyyən orqanizmlərin yaşaya biləcəyinə inanır.
Almaz Həsənli