Zelenski ABŞ-dan silah almaq üçün Avropadan ayda 1 milyard dollar gözləyir

Zelenski ABŞ-dan silah almaq üçün Avropadan ayda 1 milyard dollar gözləyir

10:38
Bəyəndim (2) Bəyənmədim (0)

Ukrayna prezidenti Vladimir Zelenski Avropa ölkələrinin Ukrayna müdafiəçiləri üçün Amerika silahları almaq üçün hər ay 1 milyard dollar ayıracağını gözləyir.

Bu barədə Oxuməni.az Ukrayna dövlət başçısının Norveçin baş naziri Yonas Qahr Störe ilə birgə mətbuat konfransına istinadən məlumat yayıb.

Prezident qeyd edib ki, Norveç hava hücumundan müdafiə sistemlərini təmin etməklə və dəniz təhlükəsizliyini dəstəkləməklə Ukraynanın təhlükəsizliyinə zəmanət verməyə kömək edə bilər.

“Norveç bizə ABŞ-dan silah almağa və bu proqramı ayda ən azı bir milyard dollarla doldurmağa imkan verən PURL proqramına qoşulub, mən bu barədə artıq danışmışam”, - Zelenski qeyd edib.

O, həmçinin əlavə edib ki, Norveç hökumətinin başçısı ilə dronların istehsalı, birgə imkanlar və Rusiya Federasiyasını müharibəni dayandırmağa məcbur etməyə kömək edə biləcək investisiyaları müzakirə edib.

Əziz Mustafa