Qırğızıstan iranlı alpinistlərin axtarışını dayandırıb

Qırğızıstan iranlı alpinistlərin axtarışını dayandırıb

10:34
Bəyəndim (3) Bəyənmədim (0)


Qırğızıstanın Pobeda zirvəsində itkin düşən iki iranlı alpinistin axtarışları rəsmən dayandırılıb. Bu barədə Oxuməni.az “TASS”-a istinadən xəbər verir.
Qırğızıstan Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi alpinistlərin yoxa çıxdığı ərazidə əlverişsiz hava şəraitinin yarandığını, sonrakı xilasetmə işlərini mümkünsüz etdiyini vurğulayaraq, "Bütün axtarış işləri dayandırılıb, onların bu il bərpa edilib-edilməyəcəyi hələ məlum deyil" bildirib.
Söhbət avqustun əvvəlində Pobeda zirvəsinə qalxmaq üçün Qırğızıstana gələn İran vətəndaşları Məryəm Pilehvari və Həsən Seyfullahdan gedir. Onlar sonuncu dəfə avqustun 12-də əlaqə saxlayıblar.İdmançılar yoxa çıxandan sonra əraziyə pilotsuz uçuş aparatı göndərilib, lakin dron onların yerini qeyd etməyib.
Qırğızıstanın alpinist icması alpinistlərin ölə biləcəyinə getdikcə daha çox inanır. Postsovet məkanında ən çətin səkkizminliklərdən biri olan Pobeda zirvəsində belə faciələr nadir deyil: sərt iqlim şəraiti, uçqun təhlükəsi və havanın qəfil dəyişməsi dəfələrlə qəzalara səbəb olub.
Almaz Həsənli