Vyetnamda qasırğaya görə 600 minə yaxın insan təxliyə edilib

Vyetnamda qasırğaya görə 600 minə yaxın insan təxliyə edilib

14:11
Bəyəndim (1) Bəyənmədim (0)

Vyetnam hakimiyyəti avqustun 25-də Kajiki qasırğası ilə üzləşəcək bir neçə əyalətin 586 min sakininin təxliyə edildiyini elan edib, CNBC xəbər verir. Digər əyalətlərin sakinlərinə tayfunun əsas cəbhəsi keçənə qədər evlərini tərk etməmələri tövsiyə olunur.

Kajiki tayfunu avqustun 20-də Filippin yaxınlığında dənizdə formalaşıb. Tədricən sürətlənərək Çin və Vyetnama doğru irəliləyir. Tayfunun daxilində küləyin sürəti demək olar ki, 200 km/saata çatır. Avqustun 25-də səhər saatlarında Kajikinin Vyetnam sahillərinə çatacağı və özü ilə daşqın və sürüşmə təhlükəsi yaradan 300-400 mm yağıntı gətirəcəyi gözlənilir. Güclü küləklər səbəbindən sahilə yaxın dalğaların hündürlüyü 2-4 m-ə çata bilər.

Bölgədəki 60 minə yaxın kiçik gəmi və qayıq təhlükə ilə bağlı xəbərdarlıq alıb. Vyetnamın ən böyük aviadaşıyıcısı olan Vietnam Airlines və aşağı büdcəli aviaşirkəti Vietjet Aviation ölkənin mərkəzi şəhərlərinə onlarla reysləri ləğv edib. Mütəxəssislərin fikrincə, Kajiki 300 min hektar çəltik sahəsinə və 77 min meyvə ağacı plantasiyalarına zərər verə bilər.

Avqustun 24-də Kajiki artıq Çinin dənizkənarı kurortu olan Sanya şəhərinin yerləşdiyi Çinin Haynan əyalətinin üzərindən keçib. Ən yüksək "qırmızı" təhlükə səviyyəsi orada elan edildi. Yaxın günlərdə məktəblərdə dərslər və tikinti işləri ləğv edilib, ticarət mərkəzləri və restoranlar bağlanıb. Bir gün əvvəl 20 minə yaxın sakin təhlükəli ərazidən təxliyə edilib.

Əziz MUSTAFA