
Ukrayna öz ərazilərinin sərhədlərini müstəqil şəkildə müəyyən edəcək
Birləşmiş Ştatlar təsdiq edir ki, Ukraynanın sərhədlərinin son müəyyənləşdirilməsi onun vətəndaşlarının müstəsna səlahiyyətində qalacaq.
Bu barədə ABŞ-ın vitse-prezidenti J.D.Vens NBC News telekanalının “Meet the Press” proqramı üçün müsahibəsində deyib.
ABŞ-ın vitse-prezidenti J.D.Vens bildirib ki, Ukraynanın ərazi sərhədlərinin yekun müəyyənləşdirilməsi ukraynalıların özlərinin əlində qalacaq.
“Ukraynalılar son nəticədə ölkələrinin ərazi sərhədlərinin harada yerləşəcəyinə özləri qərar verəcəklər”, o vurğulayıb.
Xatırladaq ki, bu yaxınlarda Ukrayna prezidenti Vladimir Zelenski qeyd etmişdi ki, Rusiya diktatoru Vladimir Putin Krım ssenarisini təkrarlamağa çalışır, müharibədə fasiləni işğal olunmuş ərazilərin qorunub saxlanılması üçün dəyişməyə çalışır.
Ukrayna prezidentin sözlərinə görə, ölkənin parçalanmasının qarşısını almaq üçün cavab verməyə hazırlaşır.
Zelenski həmçinin vurğulayıb ki, Ukrayna öz ərazilərindən imtina etməyəcək və bu sualın cavabı Konstitusiyada təsbit olunub.
Əziz Mustafa