Kiyev NATO üzvlüyünə yaxın olacaq təhlükəsizlik zəmanətləri almalıdır

Kiyev NATO üzvlüyünə yaxın olacaq təhlükəsizlik zəmanətləri almalıdır

15:12
Bəyəndim (1) Bəyənmədim (0)


Almaniyanın xarici işlər naziri İohan Vadeful deyib ki, Ukrayna faktiki olaraq NATO üzvlüyünə yaxın olacaq təhlükəsizlik zəmanətləri almalıdır. Bu barədə Deutsche Welle xəbər verir.

Almaniya hökumətinin “Açıq qapı” günündə İohan Vadeful bildirib ki, Ukrayna mümkün qədər çox ölkədən ən azı real təhlükəsizlik zəmanəti almadığı təqdirdə ondan ərazi güzəştləri barədə ciddi düşünməyi tələb etmək olmaz.

İohan Vadeful qeyd edib ki, müharibədən sonrakı dövr üçün Ukraynaya təhlükəsizlik zəmanəti verəcək dövlətlərin geniş spektri olmalıdır. Ona görə də qarant ölkələrin dairəsi, məsələn, ABŞ-ı da daxil etməklə genişləndirilməlidir.

Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri xatırladıb ki, 30-a yaxın dövlət, o cümlədən Yaponiya Ukraynanı dəstəkləməyə hazır olduğunu bildirib.

Eyni zamanda, o, Rusiya Federasiyası ilə sülh sazişinin Ukraynanın zərərinə “diktator sülhü”nə çevrilməməli olduğunu qeyd edib və Putini Ukraynaya qarşı təcavüzkar müharibəni dayandırmağa və danışıqlar masası arxasına oturmağa çağırıb. O vurğulayıb ki, Rusiya təcavüzünü davam etdirərsə, Qərb Ukraynanı qətiyyətlə dəstəkləməyə davam edəcək.

Əziz MUSTAFA