Aİ iki həftə ərzində dondurulmuş Rusiya aktivlərinin müsadirə edilməsi ilə bağlı qərarını açıqlayacaq
Avropa Birliyi ölkələri bu həftə və ya gələn həftə dondurulmuş Rusiya aktivlərinin müsadirə edilməsi ilə bağlı qərarlarını açıqlayacaqlar. Bu barədə Oxuməni.az The Times-a istinadən məlumat yayıb.
Xüsusilə, Böyük Britaniyanın Baş naziri Kir Starmer hesab edir ki, Ukraynaya kömək etmək üçün Avropada 100 milyard funt sterlinqə qədər dəyərində dondurulmuş Rusiya aktivlərinin müsadirə edilməsi ilə bağlı razılaşma cəmi bir neçə gün ərzində əldə ediləcək. O, bunu müharibəyə son qoymaq üçün danışıqların "kritik mərhələyə" çatması ilə izah edir.
Nəşr qeyd edir ki, bazar ertəsi Starmer Ukrayna Prezidenti Volodimir Zelenski, Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Fridrix Merts ilə ABŞ-ın sülh təkliflərini müzakirə etməyə çalışıb.
Bundan əlavə, liderlər Avropa bank hesablarında dondurulmuş Rusiya vəsaitlərinin müsadirəsini müzakirə ediblər. Bu vəsaitlər ya davam edən döyüşlərin maliyyələşdirilməsi, ya da sülh razılaşması əldə olunarsa, ölkənin yenidən qurulması üçün istifadə edilə bilər.
The Times qəzetinin məlumatına görə, "Hökumətin yüksək vəzifəli mənbələri sonradan razılaşmanın yaxınlaşdığına və bu həftə və ya gələn həftə elan ediləcəyinə dair nikbinliklərini bildiriblər".
Buraya Britaniya bank hesablarında saxlanılan təxminən 8 milyard funt sterlinq daxildir.
Nəşrin məlumatına görə, bu maliyyələşdirmə ABŞ Prezidenti Donald Trampın rəhbərlik etdiyi sülh danışıqlarında avropalılar və Ukrayna üçün mühüm təsir vasitəsi kimi qəbul edilir.
Əziz Mustafa













.jpg)
.jpg)
.jpg)


























































.jpg)








