Tramp Nvidia şirkətinin Çinə H200 süni intellekt çiplərinin ixracına icazə verdi

Tramp Nvidia şirkətinin Çinə H200 süni intellekt çiplərinin ixracına icazə verdi

10:22
Bəyəndim (1) Bəyənmədim (0)


ABŞ prezidenti Donald Tramp Nvidia şirkətinin H200 süni intellekt çipləri üzərində ixrac nəzarətinin ləğv olunduğunu elan etdi.
"Mən Çin prezidenti Si Cinpinə məlumat verdim ki, ABŞ Nvidia şirkətinin H200 çiplərini Çində və digər yerlərdə etibarlı müştərilərə yüksək səviyyəli milli təhlükəsizliyin təmin edilməsi şərtləri ilə ixrac etməsinə icazə verəcək. Prezident Si Cinpin müsbət cavab verdi", - Tramp “Truth Social”-da yazıb.
O, həmçinin Nvidia şirkətinin çox tələb olunan Blackwell və yeni nəsil Rubin çiplərinin "müqavilənin bir hissəsi olmadığını" açıqlayıb.
Bu arada CNN qeyd edib ki, Tramp bu açıqlamanı ötən həftə Nvidia şirkətinin baş direktoru Jensen Huang ilə görüşdən sonra verib.
Nvidia öz növbəsində qərarı tərifləyərək bildirib ki, bu, "Amerikaya fayda verən düşünülmüş bir tarazlığı gücləndirir". Tramp həmçinin Ticarət Nazirliyinin AMD, Intel və digər Amerika çip istehsalçıları üçün "təfərrüatları və oxşar yanaşmanı yekunlaşdırdığını" da açıqlayıb.
Noyabrın əvvəlində Çinlə ticarət müqaviləsi barədə danışan Tramp ABŞ-ın Çinə yüksək texnologiyalı məhsulların, xüsusən də çiplərin ixracını məhdudlaşdırmağa davam edəcəyini açıqlayıb.
"Biz onlara Nvidia ilə əməkdaşlıq etməyə icazə verəcəyik, amma ən qabaqcıl texnologiyalar üzrə yox. ABŞ-dan başqa heç kimin ən qabaqcıl texnologiyalardan istifadə etməsinə icazə verməyəcəyik", - deyə o vurğulayıb.
Almaz Həsənli