Çində “China Huarong International” şirkətinin keçmiş baş direktoru Bay Tyanhui edam edilib
Çin Mərkəzi Televiziyasının verdiyi məlumata görə, Çin, “China Huarong International Holdings” investisiya şirkətinin keçmiş baş direktoru Bay Tyanhuini təxminən 156 milyon dollar rüşvət aldığına görə edam etdi.
Müstəntiqlərin sözlərinə görə, 2014-cü ildən 2018-ci ilə qədər şirkətin baş direktoru olan Bay Tyanhui vəzifəsindən sui-istifadə edərək layihələrin əldə edilməsinə və korporativ maliyyələşdirməyə kömək edib. Bunun müqabilində o, üçüncü tərəflərdən 1,108 milyard yuan (təxminən 265,2 milyon manat-red.) məbləğində külli miqdarda pul alıb.
2024-cü ilin may ayında məhkəmə Tyanhuini xüsusilə böyük miqdarda rüşvət almaqda günahkar bilib və ona ölüm hökmü çıxarıb. O, həmçinin siyasi hüquqlarından məhrum edilib və şəxsi əmlakı müsadirə edilib. Məhkum edilmiş şəxs ölüm hökmündən apelyasiya şikayəti verməyə çalışıb, lakin bu ilin fevral ayında məhkəmə, Bay Tyanhuinin istintaqla əməkdaşlığına və digər işlərin həlli üçün vacib dəlillər təqdim etməsinə baxmayaraq, onun apelyasiyasını rədd edib.
Almaz Həsənli
















.jpg)
.jpg)
.jpg)
































































