Moskvada Özbəkistan vətəndaşı terrorizmi maliyyələşdirməkdə günahlandırılaraq 15 il müddətinə azadlıqdan məhrum edilib
İkinci Qərb Dairə Hərbi Məhkəməsi 33 yaşlı Özbəkistan vətəndaşını Suriya Ərəb Respublikasında döyüşən beynəlxalq terror təşkilatı Katiba Tawhid val-Cihadın yaraqlılarının maliyyələşdirilməsinə kömək etdiyinə görə 15 il müddətinə azadlıqdan məhrum edib. Bu barədə TASS məhkəmənin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Məhkəmənin qərarına əsasən, Məxbubəxon Xusanboy qızı Urinboyeva cəzasını ümumi rejimli cəza koloniyasında çəkəcək.
Özbəkistan vətəndaşı terrorçu fəaliyyətinin maliyyələşdirilməsinə kömək etməkdə (Rusiya Cinayət Məcəlləsinin 33-cü maddəsinin 5-ci hissəsi və 205.1-ci maddəsinin 4-cü hissəsi) günahkar bilinib. Hüquq-mühafizə orqanlarının əməkdaşları TASS-a bildiriblər ki, o, özünü günahsız hesab edib.
Məhkəmə müəyyən etdi ki, Urinboeva, Hayat Tahrir əş-Şamın bir hissəsi olan Katiba Tawhid val-Cihad beynəlxalq terror təşkilatının tərkibində Suriya Ərəb Respublikasında hərbi əməliyyatlarda iştirak edən şəxslərə dəstək ifadə etməklə, onların maliyyələşdirilməsini asanlaşdırmaq niyyəti ilə hərəkət edib. Radikal şəxslərin göstərişi ilə, 2022-ci ilin oktyabr ayında Moskvada olarkən, bank kartının məlumatlarını və bankın mobil tətbiqində şəxsi hesabına girişi təqdim edib.
Məhkəmə nümayəndəsi aydınlaşdırıb ki, karta üçüncü tərəfdən 6500 rubl köçürülüb və bu pullar sonradan yuxarıda adı çəkilən terror təşkilatlarının maliyyələşdirilməsi üçün istifadə edilib.
Əziz Mustafa















































.jpg)
.jpg)
.jpg)
































