Suriyada kürd terrorçuları silahı yerə qoyub

Suriyada kürd terrorçuları silahı yerə qoyub

10:12
Bəyəndim (0) Bəyənmədim (0)

Kürd koalisiyası olan "Suriya Demokratik Qüvvələri"nin (SDQ) ləğvi və onların on ildən artıq müddətdə nəzarətlərində olan ərazilərdə yaratdıqları özünüidarəetmə sisteminin ləğv edilməsi barədə rəsmi bəyanatın yaxın vaxtlarda veriləcəyi gözlənilir.

Oxuməni az xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı Suriya hökumətinə yaxın bir mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, "kürd rəsmiləri, çox güman ki, SDQ-nin ləğvini həm dövlət, həm də kürd mediası tərəfindən işıqlandırılacaq mətbuat konfransında elan edəcəklər". Tədbirin "avqustun əvvəlində baş tutacağı" gözlənilir, lakin hazırlıq işləri davam etdiyi üçün "dəqiq tarix hələ müəyyən edilməyib".

Mənbə qeyd edib ki, mətbuat konfransının vaxtı Həsəkə əyaləti və onun ətrafında inzibati təyinatların başa çatmasından asılıdır; orada son vaxtlar əksər rayon və dairələrin rəhbərləri təyin edilib. Bundan əlavə, rəsmi bəyanat kürd köçkünlərin Tel-Abyad və Ras-əl-Ayn rayonlarına qayıtması məsələsi həll olunana qədər təxirə salına bilər. Mənbənin məlumatına görə, məhz bu şərt SDQ və özünüidarəetmə orqanları tərəfindən irəli sürülür.

Bazar günü Suriya prezidenti Əhməd əş-Şəra "Al Jazeera" telekanalına müsahibəsində bildirib ki, kürd tərəfi ilə razılaşmanın icrası gözləniləndən daha yavaş irəliləyir, lakin o, razılaşmanın uğurla yerinə yetiriləcəyinə əminliyini ifadə edib.

Almaz Həsənli