Bitcoinin qiyməti ilk dəfə 100 min dolları keçib

Bitcoinin qiyməti ilk dəfə 100 min dolları keçib

5 Dekabr 10:19
Bəyəndim (1) Bəyənmədim (0)


Bitcoin kriptovalyutasının qiyməti tarixdə ilk dəfə olaraq 100 min ABŞ dollarını ötüb. Bitcoin-in qiyməti Donald Trampın ABŞ prezidenti kimi kriptovalyutalara sərfəli siyasət aparacağına dair gözləntilər ilə artır.
Donald Tramp Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) hazırkı üzvü Pol Atkinsi onun rəhbəri təyin etmək niyyətində olduğunu bildirdikdən bir neçə saat sonra Bitcoin yeni rekorda imza atıb.
Atkinsin kriptovalyutalara qarşı hazırkı SEC rəhbəri Geri Genslerdən daha əlverişli olduğuna inanılır.
Donald Trampın seçkilərdəki qələbəsi kriptovalyuta bazarına güclü təkan verdi, hazırda ekspertlər bu bazarın həcmini 3,3 trilyon dollar qiymətləndirirlər.
Tramp ABŞ-ı “dünyanın kriptovalyuta paytaxtı” edəcəyinə söz verib. Halbuki, cəmi üç il əvvəl o, Bitcoin-i fırıldaq adlandırmışdı.
Trampın ritorikasındakı dəyişiklik Bitcoin-in qiymətinin prezident seçkilərində qalib gəldiyi bir ayda 40%, bu ilin əvvəlindən isə iki dəfədən çox artmasına səbəb olub.
100.000 dollar həddini aşmaq bütün dünyada Bitcoin pərəstişkarları tərəfindən coşğu ilə qeyd olundu.
Mövcud olduğu 16 il ərzində Bitcoin qiyməti nəhəng enişlər və yoxuşlar yaşadı və onun pərəstişkarları hər yeni simvolik yüksəkliyin fəthini qeyd etdilər. Lakin onlar bu mərhələni xüsusi səbirsizliklə gözləyirdilər.
Almaz Həsənli