Brent nefti bahalaşıb
Yaxın Şərqdə münaqişənin uzanması ilə bağlı artan narahatlıqlar fonunda çərşənbə axşamı neft qiymətləri yüksəlir.
Oxuməni az xəbər verir ki, Bakı vaxtı ilə saat 09:20-yə olan məlumata görə, Londonun "ICE Futures" birjasında "Brent" markalı neftin noyabr fyuçerslərinin qiyməti bir barel üçün 97,91 dollar təşkil edib ki, bu da əvvəlki ticarət sessiyasının bağlanış qiyməti ilə müqayisədə 0,91 dollar (0,94%) bahadır. Bazar ertəsi bu müqavilələrin qiyməti 0,72 dollar (0,75%) artaraq bir barel üçün 97 dollara çatıb.
Nyu-York Əmtəə Birjasında (NYMEX) keçirilən elektron ticarətdə "WTI" markalı neftin oktyabr fyuçerslərinin qiyməti isə 1,83 dollar (2%) artaraq bir barel üçün 93,31 dollara yüksəlib. Qeyd edək ki, ABŞ-da qeyri-iş günü olması səbəbindən dünən "WTI" üzrə əsas ticarət əməliyyatları aparılmayıb.
Almaz Həsənli




























































































