Cəbhədə erməni təxribatı ara vermir: Ordumuzun mövqeləri yenidən atəşə tutulub

Cəbhədə erməni təxribatı ara vermir: Ordumuzun mövqeləri yenidən atəşə tutulub

25 Oktyabr 2022 09:24
Bəyəndim (0) Bəyənmədim (0)

Ordumuzun mövqeləri atəşə tutulub.

Oxuməni.az xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.

Oktyabrın 24-ü saat 22:20-dən oktyabrın 25-i saat 01:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun İstisu, Zərkənd və Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun İstisu, Dəmirçidam, İstibulaq və Tovuz rayonunun Ağdam yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Azərbaycan Ordusunun bu istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.