DTX-nın saxladığı nazir müavini işdən qovuldu - Prezident sərəncam imzalayıb

DTX-nın saxladığı nazir müavini işdən qovuldu - Prezident sərəncam imzalayıb

3 Noyabr 2022 15:36
Bəyəndim (0) Bəyənmədim (0)

Elnur Əli oğlu Əliyev Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini vəzifəsindən azad edilib.

Oxuməni.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Xatırladaq ki, E.Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Nazirliyində apardığı əməliyyat zamanı saxlanılıb.