Xəzər TV-nin "Güneyə salam"ı gündəm oldu – Video
“Xəzər Xəbər”in aparıcısı Nigar Mahmudova maraqlı addımı ilə diqqət çəkib.
Oxuməni.az xəbər verir ki, aparıcı efir başlayarkən Güney azərbaycanlıları da salamlayıb:
"O taylı, bu taylı Azərbaycan, axşamınız xeyir. Artıq Cənubi Azərbaycanı da salamlayırıq. İranın xətrinə dəyməmək üçün əvvəl "Cənubi Azərbaycan", "Cənubi azərbaycanlılar" ifadələrini işlətmirdik, "İranda yaşayan Azərbaycan türkləri" deyirdik. Amma molla rejimi bizə qarşı o qədər təxribat etdi ki, biz də hər şeyi öz adı ilə adlandırmalıyıq”.
Aparıcının Cənubi Azərbaycanla bağlı bu çıxışı sosial şəbəkələrdə yayılaraq böyük səs-küyə səbəb olub.
Sözügedən videonu aparıcı Ulvira Qarayeva sosial şəbəkə hesabında yayıb.
Digər xəbərlər















.jpg)










































































