Azərbaycan Ordusunun hərbi qulluqçusu ürək çatışmazlığından vəfat edib
Azərbaycan Ordusunun hərbi qulluqçusu Baxışov Cavan Cavanşir oğlunun məzuniyyətdə olarkən noyabrın 9-u axşam saatlarında ürək çatışmazlığından vəfat etməsi ilə bağlı məlumatı təsdiqləyirik.
Bu barədə Oxuməni.az-a Müdafiə Nazirliyindən bildiriblər.
Qeyd olunub ki, faktla bağlı araşdırma aparılır.
“Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir!” - deyə məlumatda qeyd edilib.
Digər xəbərlər















.jpg)










































































