Yağışlı hava nə vaxta kimi davam edəcək?

Yağışlı hava nə vaxta kimi davam edəcək?

15 Noyabr 2022 10:18
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti noyabrın 17-i səhər saatlarına kimi davam edəcək.

Bu barədə Oxuməni.az-a Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

"Yağıntılı hava şəraiti ölkə ərzisində əsasən, şimal və şərq rayonlarında müşahidə olunacaq”, - deyə o bildirib.

Qeyd edək ki, Bakıda yağışlar dünən günün ikinci yarısından başlayıb.