ABŞ və Kanadada görünməmiş şaxtalar davam edir

ABŞ və Kanadada görünməmiş şaxtalar davam edir

25 Dekabr 2022 07:57
Bəyəndim (0) Bəyənmədim (0)

Güclü qış fırtınası Texasdan Kvebekə qədər 3200 km ərazini əhatə edib.

Oxuməni.az xəbər verir ki, "dağıdıcı siklon" ABŞ-Kanada sərhədinə, Böyük Göllər bölgəsinə güclü qar fırtınası gətirib. Kanadanın çox hissəsi qış fırtınasının məngənəsinə düşüb. Ontario və Kvebekdə şiddətli şaxtalar yüz minlərlə insanın yaşadığı evlərdə elektrik enerjisinin kəsilməsinə səbəb olub.

Kanadanın əksəriyyəti, Britaniya Kolumbiyasından Nyufaundlendə qədər şiddətli soyuqdur. Sakinlərə havanın daha da pisləşəcəyi ilə bağlı xəbərdarlıq edilib.

"Bizə qar yağır, buzlu yağış yağır, bütün bölgəyə dolu yağır. Sakinlərin gediş-gəlişi çox çətindir, bir çox avtobus marşrutlarına xidmət göstərilmir, körpülər bağlanıb, metro ləngiyir", bunu yerli radionun müxbiri söyləyib , qış təkərlərinin bir çox avtomobillərdə olmadığını da sözlərinə əlavə edib.

ABŞ Milli Meteoroloji Xidməti bildirir ki, bu, bütün müşahidələr tarixində soyuq havanın ilk dəfədir ki, belə genişmiqyaslı böyük bir ölkə ərazisini əhatə Montana ştatında havanın temperaturu Selsi üzrə -45 dərəcəyə, Miçiqanda isə havanın temperaturu -17 dərəcəyə qədər enib. Pensilvaniyaya güclü qar yağacağı gözlənilir. Sietl və Portlenddə sakinlər şəhərin küçələrini örtən buzlu şüşə üzərində konki sürürlər.

Bu arada, sahilyanı ərazilərdə , Nyu-York və Nyu-Cersi ştatlarında sahil zolağının su basması müşahidə olunur.

Hətta daha da cənubda Luiziana, Alabama, Florida və Corciya ştatlarının temperaturun əhəmiyyətli dərəcədə aşağı düşəcəyi barədə xəbərdarlıq alıblar.Yerli medianın məlumatına görə, ABŞ-da bir milyondan çox insan işıqsız qalıb.

Cənubi Dakotada yerli Amerika qəbilələri yanacaqları bitdikdən sonra isinmək üçün paltarlarını yandırmağa məcbur olublar.

Nyu-Yorkun Buffalo şəhərində 89 sm-ə qədər yağıntı olub. Şəhərdə yağan qar səbəbindən görmə məsafəsi demək olar ki, sıfırdır. Meteoroloqlar yerli sakinləri mümkünsə küçəyə çıxmamağa və avtomobillə səyahətdən imtina etməyə çağırıb.

Qış fırtınasının qurbanları arasında yol qəzalarında ölənlər də var. Hava şəraiti ilə əlaqədar yollarda vəziyyət çox mürəkkəbdir.

Belə ki, Ohayo ştatında bir anda 50 avtomobil toqquşub, dörd motosikletçi böyük qəzanın qurbanı olub.

FlightAware-in məlumatına görə, ABŞ-da 6000-ə yaxın reys ləğv edilib və 1200 reysin təxirə salınması da məlum olub.

Emin Axund, Oxuməni.az