Cənubi Qafqazda ən güclü ordusu olan ölkə Azərbaycandır
Global Firepower portalının beynəlxalq reytinqinə əsasən, 2023-cü ildə Azərbaycan hərbi gücü baxımından 145 ölkə arasında 57-ci yeri tutub. Gürcüstan 85-ci, Ermənistan isə 94-cü yerdə yerləşir. Beləliklə, Azərbaycan Cənubi Qafqazda ən güclü orduya malikdir.
Oxuməni.az xəbər verir ki, reytinq tərtib edərkən bu və ya digər ölkənin göstəricisini müəyyənləşdirmək üçün 60 fərdi amil nəzərə alınır.
Aviasiyanın, zirehli texnikanın, hərbi-dəniz qüvvələrinin və s. Kəmiyyət göstəriciləri və gücü nəzərə alınır. Bundan əlavə, təbii ehtiyatların, işçi qüvvəsinin olması, dövlətin nəqliyyat və logistika imkanları nəzərə alınır. Hərbi büdcənin, xarici borcun həcminə, ölkənin valyuta ehtiyatlarına və onun alıcılıq qabiliyyətinə vacib yer verilir.
Qeyd edək ki, 2022-ci il üzrə reytinqdə Azərbaycan 63-cü yeri tutub.
Oktay, Oxuməni.az


























































































