Paytaxta gözlənilən qış gəldi: Bakıya qar yağır

Paytaxta gözlənilən qış gəldi: Bakıya qar yağır

8 Yanvar 2023 09:38
Bəyəndim (0) Bəyənmədim (0)

Paytaxta gözlənilən qış gəlib və hazırda Bakıya sulu qar yağır.

Oxuməni.az xəbər verir ki, Azərbaycanın dağlıq və dağətəyi rayonlarına da qar yağır.

Yağıntının ayrı-ayrı rayonlarda intensiv olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yanvarın 8-dən başlayaraq 12-si səhərədək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var.

Şimal-şərq küləyi 7-si axşamdan 10-u gündüzədək arabir güclənəcək. Çovğun olacağı ehtimalı var.

Havanın temperaturu ötən günlərlə müqayisədə 10-12 dərəcə aşağı enərək, gecə 2-6 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti, dağlıq rayonlarda isə gecə 10-15 dərəcə şaxta, gündüz 5-8 dərəcə şaxta olacaq. Yollar buz bağlacaq.