Azərbaycan vətəndaşları 70 ölkəyə vizasız gedə bilər

Azərbaycan vətəndaşları 70 ölkəyə vizasız gedə bilər

10 Yanvar 2023 19:42
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan “Henley & Partners Visa Restrictions Index”də 76-cı yerdə qərarlaşıb və ölkə vətəndaşları dünyanın 70 ölkəsinə vizasız gedə bilərlər.

Oxuməni.az xəbər verir ki, bu barədə qurumun 2023-cü ilin birinci rübünə dair hesabatında bildirilib.

Məlumata görə, bu, ötən illə müqayisədə bir ölkə çoxdur.

Xatırladaq ki, 2022-ci ildə Azərbaycan bu reytinqdə 78-ci yerdə qərarlaşmışdı.

Reytinqdə ilk sıranı 193 ölkəyə vizasız getmək hüququ verən Yaponiya pasportu tutur. Sonrakı yerlərdə Sinqapur və Cənubi Koreya (192) qərarlaşıb.axar.az