Hansısa media subyekti reyestrə daxil edilməsə... - Açıqlama

Hansısa media subyekti reyestrə daxil edilməsə... - Açıqlama

12 Yanvar 2023 17:44
Bəyəndim (0) Bəyənmədim (0)

“Media Reyestrindən keçmək üçün media subyektlərinin kifayət qədər vaxtı var”.

Oxuməni.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov 2022-ci il üzrə görülmüş işlərə dair hesabat konfransında deyib.

Onun sözlərinə görə, onlar qalan müddət ərzində müraciət edə bilərlər:

“Bizim əməkdaşlarımız media subyektlərinə bu məsələ ilə bağlı da texniki köməkliyi göstərməyə hazırdırlar. Bizim hansısa media subyekti reyestrə daxil edilməyəndə onlara sanksiya tətbiq etmək hüququmuz yoxdur. Qanunda göstərilən 6 aylıq müddət bitəndən sonra biz onlar haqqında məsələni məhkəmə qarşısında qaldıracağıq. Onların fəaliyyətlərinin davam etdirilib-etdirilməməsi barədə qərarı isə məhkəmə verəcək”.

Əhməd İsmayılov istinad məsələsinə də toxunub:

"İstinad qaydalarının pozulması ilə bağlı jurnalistlər özləri Media Agentliyinə müraciət etməlidir. Əgər jurnalist görsə ki, onun materialı hansısa saytda istinadsız verilib, bu halda Media Agentliyinə müraciət edə bilər və Agentlik məsələni araşdırıb tədbir görə bilər".