İsveçdə  Avropanın ən böyük nadir metallar yatağı tapılıb

İsveçdə  Avropanın ən böyük nadir metallar yatağı tapılıb

13 Yanvar 2023 11:22
Bəyəndim (0) Bəyənmədim (0)

İsveçdə Avropanın ən böyük nadir metallar yatağı tapılıb

Oxuməni.az xəbər verir ki, İsveçin "LKAB" mədən şirkəti Avropanın ən böyük nadir metallar yatağının aşkarlandığını elan edib. Söhbət yüksək texnologiyalı istehsal üçün lazım olan metallardan gedir.

Yataqlar ölkənin şimalındakı Kiruna şəhərinin yaxınlığında yerləşir. Yataqda təxminən 585 milyon ton filiz və ən azı bir milyon ton praseodimium və neodimium oksidi, elektrik avtomobillərində, kompüter ekranlarında və külək turbinlərində, xüsusi maqnitlərin hazırlanmasında istifadə olunan materiallar vardır.

Mütəxəssislərin fikrincə, yataq “Avropada bu metallara olan tələbatın əhəmiyyətli hissəsini” təmin edəcək. "LKAB" şirkəti xəbər verir ki, yatağın istismarına nə vaxt başlamaq mümkün olacağını öyrənmək üçün daha iki il lazım olacaq.

Mədən işlərinə başlamaq və xammalın bazara çıxarılması üçün, mütəxəssislərin fikrincə təxminən 10-15 il vaxt lazımdır.

Fuad, Oxuməni.az