Qətərdən Türkiyəyə nəhəng yardım: Zəlzələ qurbanları üçün 10 min konteyner göndərdilər
Qətərdən Türkiyəyə nəhəng yardım! Zəlzələ qurbanları üçün 10 min konteyner göndərdilər.
Zəlzələ qurbanlarının sığınacaq ehtiyacları üçün işlərin sürətlə davam etdiyini bildirən prezident Ərdoğan Qətərdən Türkiyəyə 10 min konteyner göndərildiyini bildirib. Ərdoğan, "Qətərdən yola düşməyə başlayan 10 min konteyneri ölkə daxilindən və xaricdən gələn möhkəmləndirmə işlərində ehtiyacı olanların xidmətinə verəcəyik" ifadələrindən istifadə etmişdir.
İclasından sonra kameralar qarşısına keçən prezident Rəcəb Tayyib Ərdoğan açıqlamalar verib. Kahramanmaraşda baş verən və 10 vilayətdə böyük dağıntılara səbəb olan 7,7 və 7,6 bal gücündə zəlzələlərlə bağlı son vəziyyəti paylaşan prezident Ərdoğan həyatını itirənlərin sayının 35 min 418, yaralı sayının isə 105 min 505-ə yüksəldiyini bildirib.
Murad Şahməmmədov


























































































