Birinci vitse-prezident Mehriban Əliyeva akademik Arif Paşayevin doğum günü ilə əlaqədar paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycan elmi elitasının sayılıb-seçilən nümayəndələrindən biri olan akademik Arif Paşayevin doğum günü ilə əlaqədar rəsmi instaqram səhifəsində paylaşım edib.
Oxuməni.az AZƏRTAC-a istinadən paylaşımı təqdim edir. “Böyük ürək sahibi, nurlu, mehriban İnsan! Ad günün mübarək! Sənə möhkəm cansağlığı, gümrahlıq və gözəl əhvali-ruhiyyə arzulayıram! Sən gözəl ata və qayğıkeş babasan! Sənə sevgimiz sonsuzdur! Ömrün uzun olsun! Uca Allah bütün valideynləri qorusun!”.
Digər xəbərlər


























































































