Zəlzələdən xırdabuynuzlular da zərər çəkib

Zəlzələdən xırdabuynuzlular da zərər çəkib

17 Fevral 2023 10:07
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə Qoyun Keçiçiləri Mərkəz Birliyinin sədri Nihat Çelik, “Hələlik bölgədə açıq yerdə qalan heyvanlar üçün çadır və yem ehtiyacı ən yüksək səviyyədədir” deyə bildirib.

Bölgədə zəlzələdən zərər çəkən təxminən 35 min xırdabuynuzlu heyvanlar olduğunu bildirən Nihat Çelik, xırdabuynuzluların da böyük zərər çəkdiyinə diqqət çəkib. Nihat Çelik bölgədəki 10 əyalətdə qoyun və keçilərin ümumi sayının 11 milyon civarında olduğunu, bunun da ümumi qoyun-keçi sayının beşdə birini təşkil etdiyini bildirib. Bölgədəki yetişdiricilərin də müxtəlif ehtiyacları olduğunu vurğulayan Çelik, “Hazırda açıq havada qalan heyvanlar üçün çadır və yem ehtiyacları ən yüksək səviyyədədir. Zəlzələ bölgəsində dağıntı işləri davam edərkən, çox soyuq hava şəraiti mənfi mənzərənin dərinləşməsinə səbəb olur. Ona görə də heyvanları açıq havada olan damazlıq yetişdiricilərimizə təcili olaraq çadır və yem dəstəyi vermək həyati əhəmiyyət kəsb edir” deyə bildirib. Bölgəyə 1700 tona yaxın yem göndərildiyini və zəlzələdə həyatını itirən damazlıq heyvanların sahibsiz heyvanlarının lazımı müəssisələrə aparılacağını, onlara baxılacaq və bəsləniləcəyini vurğulayan Çelik, açıqlamaların müsbət əksini tapdığını söyləyib.

Murad Şahməmmədov