Krakov şəhərində "Soyqırım və insanlığa qarşı törədilmiş cinayətlər" mövzusunda elmi konfrans keçirilib
"Xarı Bülbül Dünya Azərbaycanlıları Mədəniyyət Assosiasiyası" 24 fevral 2023 tarixində Krakov şəhərində "Soyqırım və insanlığa qarşı törədilmiş cinayətlər" mövzusunda elmi konfrans keçirtmişdir.
Oxuməni.az xəbər verir ki, konfransa ADA Universitetinin professoru Ceyhun Rzayev, Varşava Dövlət Universitenin professoru Nərgiz Axundova, Adam Miskevic Universitetinin professoru Eva Domanska və Azərbaycanın Polşadakı səfirliyinin nümayəndəsi dəvət olunmuşdur. Konfrans zamanı "Holokost" , "Xocalı soyqırımı", "Srebrenitsa qətliamı", "Katin qırğını" haqqında professorlar öz elmi çıxışlarını təqdim etdilər. Hadisələrin tarixi, oxşar və fərqli cəhətləri həmçinin digər nüansların müzakirəsi ilə davam edən konfransın sonunda professorlar və tədbir iştirakçılarına milli təamlarımız təqdim olunmuşdur. Yekunda isə professorlara xatirə hədiyyələri təqdim edilmişdir.


























































































