Sülhməramlılar erməni terrorçulara BELƏ KÖMƏK EDİR - ŞOK GÖRÜNTÜLƏR

Sülhməramlılar erməni terrorçulara BELƏ KÖMƏK EDİR - ŞOK GÖRÜNTÜLƏR

7 Mart 2023 21:28
Bəyəndim (0) Bəyənmədim (0)

Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda qanunsuz erməni silahlı dəstələrinin hərbi daşımalarına dair yeni görüntülər əldə edilib.

Görüntülər "Caliber" kanalında yayılıb.

Kanal bildirir ki, görüntülər bu gün qeydə alınıb. Videoda qanunsuz silahlı dəstələrin hərbi nəqliyyatının Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə hərəkət etdiyi görünür.

Kadrda Rusiya sülhməramlı kontingentinin 2 “UAZ Patriot” maşını, onun ardınca qanunsuz erməni silahlı birləşmələrinə məxsus “Ural” yük maşını və su çəni olan “KamAZ”, sonda isə üzərində Rusiya bayrağı olan BTR-82A zirehli maşınının hərəkəti əks olunub.

Qeyd edək ki, martın 5-də səhər saatlarında daxil olmuş məlumatın yoxlanması məqsədilə qanunsuz hərbi daşınmalar həyata keçirən nəqliyyat vasitələri Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılaraq yoxlanılmasına cəhd göstərilib. Yoxlama cəhdi zamanı qarşı tərəfdən Azərbaycan hərbçilərinə atəş açılıb. Təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əlibəyli Şəhriyar Ramiz oğlu və Hüseynov Eşqin Cəmil oğlu şəhid olublar. Şəhidlərimizin qanı yerdə qalmayıb. Görülən cavab tədbirləri zamanı 3 erməni təxribatçı məhv edilib, 1-i ağır yaralanıb. Məhv edilən erməni separatçılardan biri leytenant, biri mayor, digəri polkovnik-leytenant rütbəsini daşıyıb.

Məsələ ilə ələqədar Azərbaycan tərəfi Rusiya sülhməramlına da xəbərdarlıq edib. Diqqətə çatdırılıb ki, üçtərəfli Bəyanatın bəndlərinin yerinə yetirilməsi qeyd-şərtsiz və tam təmin edilməlidir.