Əhməd İsmayılov: Ümummilli Lider Heydər Əliyev medianın işini,jurnalist əməyini daim yüksək qiymətləndirib
Ümummilli Lider Heydər Əliyev medianın işini, jurnalist əməyini daim yüksək qiymətləndirib, jurnalist peşəsinə hər zaman dərin hörmət bəsləyib, mətbuat işçiləri ilə yaxın təmasda olub. Ulu Öndər jurnalistlərin problemləri ilə maraqlanıb və heç vaxt köməyini əsirgəməyib.
Oxuməni.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri “Ümummilli Lider Heydər Əliyevin media siyasəti və müasir Azərbaycan mediası” mövzusunda keçirilən konfransda Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov söyləyib.
O vurğulayıb ki, Ümummilli Liderin siyasətini və ənənələrini müasir dövrün tələblərinə uyğun uğurla davam etdirən Prezident İlham Əliyev medianın inkişafına əlverişli şərait yaradılmasını dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib. Bu böyük etimad media nümayəndələrinin də öz peşəkar missiyalarını həyata keçirməkdə məsuliyyətini artırıb



























































































