Ötən gecə cəbhədə yaşananlar – Dəhşətli görüntülər - VİDEO

Ötən gecə cəbhədə yaşananlar – Dəhşətli görüntülər - VİDEO

28 Aprel 2016 16:29
Bəyəndim (0) Bəyənmədim (0)
Tibb işçiləri vəzifələrini layiqincə yerinə yetiriblər

Xəbər verdiyimiz kimi, ermənilər aprelin 27-dən 28-ə keçən gecə cəbhə xəttində yenidən gərginlik yaradıblar.

27-si axşam saatlarından başlayaraq, aprelin 28-i saat 04:00 radələrinədək erməni silahlı bölmələri tərəfindən Tərtər və Ağdam rayonları ərazisində yerləşən yaşayış məntəqələri və mövqelərimiz 60, 82 və 120 millimetrlik minaatanlardan, həmçinin 122 millimetrlik D-30 haubitsalarından atəşə tutulub. Nəticədə 76 ev dağılıb, 1 ev yanaraq kül olub.

Açılan atəşlər nəticəsində 7 dinc sakin yaralanıb, 2 nəfər isə vəfat edib.

Lider TV ötən gecə cəbhədə yaşananları lentə alıb. (AzNews)

Mediainfo.az