Ermənilər Ağdamda hərbi təlimlərə başlayıblar

Ermənilər Ağdamda hərbi təlimlərə başlayıblar

22 Sentyabr 2016 10:45
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistan Silahlı Qüvvələri işğal olunmuş Azərbaycan ərazilərində hərbi təlimləri davam etdirir.

Erməni tərəfinin müxtəlif qoşun birləşmələri işğal altında olan Ağdam rayonunun Uzundərə adlanan ərazisində artilleriya qurğularından istifadə edərək hərbi təlimlərin növbəti mərhələsinə başlayıb.

Təlimdə toplar, reaktiv artilleriya qurğuları, minaatanlar, eləcə də zirehli texnikalardan istifadə edilir.

Ermənistan ordusunun təlim atışlarının səsi cəbhəyanı yaşayış məntəqələrində, hətta qonşu rayonların ərazilərindən aydın eşidilir.

Mediainfo.az