Qarabağ qazisinə verilən "QİYMƏT" - FOTO

Qarabağ qazisinə verilən "QİYMƏT" - FOTO

5 Oktyabr 2016 09:16
Bəyəndim (0) Bəyənmədim (0)
"3 gündür ki heç nə yemirəm"

45 yaşlı Elçinin ürəkparçalayan fotosu sosial şəbəkələrdə yayımlanıb.
O, 1993-cü ildə Beyləqan rayonunda yerləşən evlərinə qrad düşməsi nəticəsində ailə üzvlərini itirib.
Həmin vaxt Laçında döyüşçü olan Elçin vuruşmağa könüllü gedib. Elçin deyir: "Beyləqandakı evimiz ermənilərin atdığı qradla dağıdılıb.
Bütün yaxınlarımı da elə o vaxt itirmişəm. İçki içmirəm, pis işlərlə məşğul deyiləm. Sadəcə, sağlamlığım sıradan çıxıb. 3 gündür ki heç nə yemirəm".
Qarabağ qazisinə bu cür münasibət məmurların vicdanını sızladırmı? - Əsla.
Bu fotonu təsvir etmək, şərh vermək, əlavə fikirlər yazmaq, Elçinin real vəziyyətini izah etmək mənasızdır.

Şəkil hər şeyi öz çılpaqlığı ilə anladır… (politika)

Mediainfo.az