Daha bir erməni Azərbaycana gəldi - Jurnalist Suzanna Caqinyan Bakıdadır

Daha bir erməni Azərbaycana gəldi - Jurnalist Suzanna Caqinyan Bakıdadır

9 Noyabr 2016 10:55
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistanın "Meridian" qeyri-hökumət təşkilatının sədr müavini, jurnalist Suzanna Caqinyan Bakıya gəlib
Bu barədə APA-ya Milli QHT Forumunun prezidenti Rauf Zeyni məlumat verib.
Qeyd edək ki, İrəvanda yaşayan S. Caqinyanın Bakıda keçirilən "Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlanma perspektivləri: Ermənistan və Azərbaycandan baxış" mövzusunda beynəlxalq konfransda iştirakı nəzərdə tutulsa da, bu, baş tutmayıb.
S. Caqinyan sabah mətbuat konfransı keçirəcək.

Mediainfo.az