Google-dən Azərbaycana qarşı Qarabağ təxribatı - Foto

Google-dən Azərbaycana qarşı Qarabağ təxribatı - Foto

11 Noyabr 2016 12:58
Bəyəndim (0) Bəyənmədim (0)

Beynəlxalq axtarış sistemi olan Quqlun "Ququl maps" xəritəsində Azərbaycana qarşı təxribata yol verilib.

Noyabrın 11-dən etibarən xəritədə Dağlıq Qarabağ və Azərbaycanın işğal altında olan ərazilərinin adı erməni dilində "Dağlıq Qarabağ Respublikası" kimi göstərilir.

Bundan başqa İran dövlətinin bir hissəsi "Kürdüstan dövləti" kimi təqdim olunur.

Qeyd edək ki, bu, Quqlun Azərbaycana qarşı yol verdiyi ilk təxribat deyil. Bundan əvvəl də belə hallar baş verib və müraciətlərdən sonra xəritədən Azərbaycan ərazilərinin erməni dilində göstərilməsi çıxarılmışdı. (azvision)

mediainfo.az