Bu gecə erməni əsgəri yoldaşını öldürdü
Bu gün gecə saatlarında Ermənistan ordusunda növbəti insident baş verib. Tert.am-ın separatçı rejimə istinadən yaydığı məlumata görə, bu gecə saat 02:45 radələrində Mardakertdə (qeyd: Xocavənd) dislokasiya olunan N saylı hərbi hissədə atışma hadisəsi qeydə alınıb. Hələlik səbəbləri məlum olmayan atışmada 1996-cı il təvəllüdlü Albert Akopoviç Postolokyan adlı əsgər öldürülüb. Faktla bağlı Ermənistan Müdafiə Nazirliyində araşdırma aparılır.
Mediainfo.az
.
Digər xəbərlər































































































